Tibbi arayışlar icbari tibbi sığorta çərçivəsində verilsin

Manşet
Səhiyyə 29.02.2024 3076

Sağlamlığın qorunması hüququnun effektiv təmin edilməsi məqsədilə bütün tibb xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsi təklif edilir. 

"Saat24.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

Məruzədə “Sağlamlıq haqqında tibbi arayış” (digər tibbi arayışlar, işə girmədən əvvəl müayinə, təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə (18 yaşdan yuxarı), sığorta ilə bağlı müayinə (18 yaşdan yuxarı), inzibati məqsədlərlə digər müayinələr (18 yaşdan yuxarı), 1 ay ərzində təkrar müraciət zamanı (18 yaşdan yuxarı)) tibbi xidmətlərinin Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin (№ 3.3.1.338-3.3.1.340 və 43.3.1.342-3.3.1.344) siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif edilir.

XƏBƏR LENTİ
07.10.2024 2033

DİGƏR XƏBƏRLƏR

Loading
Top