Uşaqlara qarşı zorakılıq edənlərə ömürlük həbs veriləcək

HADİSƏ 21.02.2024 2571

Qazaxıstan parlamentinin aşağı palatası qadınların və uşaqların hüquq və mənafelərinin müdafiəsi haqqında qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. 

"Saat24.az" xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" yazıb. 

Dəyişikliklər 18 yaşına çatmamış şəxslərin sağlamlığına ağır və orta ağır zərər vurmağa və ya köməksiz vəziyyətdə olan şəxslərə işgəncə verməyə görə cinayət məsuliyyətinin daha sərtləşdirilməsini nəzərdə tutur. Bu zaman şərti cəza faktiki azadlıqdan məhrum etmə ilə əvəz olunur.

Ömürlük azadlıqdan məhrum etmə yalnız yetkinlik yaşına çatmayanları öldürməyə və ya uşaqlara qarşı zorakılıq etməyə görə təyin edilir.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top