Məktəb direktoru yeniyetmənin təhqir edilməsindən DANIŞDI

CƏMİYYƏT 20.02.2024 2343

“Hadisə yanvarın 17-si məktəbdən kənar ərazidə, dərs olmayan zaman saat 15:00-dan sonra baş verib”.

“Saat24.az” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova bildirib.

Direktorun sözlərinə görə, videoda olan şəxslərdən biri məktəbin 11-ci sinif şagirdidir: “Video çəkən və hadisə qurbanı bizim məktəbin şagirdləri deyillər. Bizim şagirddə psixoloji problem hiss etməmişik, oxuduğu müddətdə başqa uşaqlara qarşı hər hansı neqativ hərəkət etməyib. Şagirdin özü və valideyni məktəbə dəvət olunub, rəhbərlik və psixoloq tərəfindən söhbət aparılıb. Şagirdin dediyinə görə, zarafat məqsədilə edib və çox peşmandır”.

Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top