Putin Kim Çen Ina avtomobil hədiyyə etdi

Sadə xəbər
DÜNYA 20.02.2024 2663

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

"Saat24.az" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Avtomobilin markası və modeli bildirilmıəyib.  KCNA-nın məlumatına görə, Şimali Koreya lideri üçün hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq qəbul edib. Onun sözlərinə görə, hədiyyə "iki ölkə liderləri arasında qurulan xüsusi dostluq əlaqələrinin bariz göstəricisi kimi xidmət edir" və "ən yaxşı hədiyyədir". O, Rusiya prezidentinə minnətdarlığını çatdırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top