![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/2/17/1/4ca623e4-9f12-4910-b6ef-f79c51e77aef/17081513144fb4f825-7799-3fc6-93ca-42de245b5835_850.jpg)
Fevralın 16-da Xankəndi şəhəri ərazisində 7 silah aşkarlanıb.
"Saat24.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, ötən gün 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.