İşlədiyi avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı

Sadə xəbər
HADİSƏ 10.02.2024 2560

Bərdədə və Sumqayıtda nəqliyyat vasitələri qaçırılıb.

DİN-dən "Saat24.az"a verilən məlumata görə, Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə fevralın 9-da gecə saatlarında 11-ci mikrorayon ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top