Tağı İbrahimovu hansı CƏZA GÖZLƏYİR?

Sadə xəbər
HADİSƏ 31.01.2024 3368

Xəbər verdiyimiz kimi, Binəqədi rayonundakı mebel sexində baş vermiş partlayış hadisəsinə görə iki nəfər həbs edilib.

Onlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimovdur.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə o, həbs edilib.

“Saat24.az”ın məlumatına görə, ittihamlar təsdiqini taparsa, Tağı İbrahimova 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək.

Tağı İbrahimovla birlikdə həbs edilən digər şəxs isə “Bakı Ağac Emalı” ASC-nin sədri Toğrul Rzayevdir. O, Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

İstintaq dövründə ittihamlar təsdiqini taparsa, T.Rzayev 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5  ildən 10  ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top