Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanıldı

Sadə xəbər
HADİSƏ 09.01.2024 2055

Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.

Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top