Azərbaycanda sabiq icra başçısı vəfat etdi

Sadə xəbər
HADİSƏ 16.12.2023 1475

1994-1999-cu illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş İnqilab Nadirov bu gün vəfat edib.

"Saat24.az" xəbər xəbər verir ki, 83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub.

O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top