Sadə xəbər
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Saat24.az"ın məlumatına görə, sentyabrın 23-də saat 10:30 radələrində Göyçay şəhəri ərazisində sürücü Dəyanət Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1948-ci il təvəllüdlü Qasımova Kifayət Kərim qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumatı saytımıza təsdiqləyiblər.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.