Düşmən Ağdamda təxribat törətdi - İki hərbçimiz yaralandı

HADİSƏ 19.09.2023 1815

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə "Saat24.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top