DİN həftəsonu törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

HADİSƏ 18.09.2023 1762

16-17 sentyabr tarixlərində ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən "Saat24.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top