![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/9/16/1/c36eb775-6af3-470d-b327-4bf5968f9249/169485278716771300121660804785_itkin-qiz-usaq-700x403.jpg)
Bakıda əqli qüsurlu qız itkin düşüb.
"Saat24.az" xəbər verir ki, ötən gün saat 15:30 radələrində Xətai rayonu S.Əhmədov küçəsində yaşayan M.Həsənova 37-ci Polis Şöbəsinə müraciət edərək bu barədə məlumat verib.
O bildirib ki, birgə yaşadığı əqli qüsurlu, 15 yaşlı qızı Ş.Allahverdiyeva sentyabrın 15-i saat 10:30-da yaşadığı ünvandan çıxaraq itkin düşüb.
Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.