Nazir təxribatların qarşısını almağa hazır olmaq barədə göstəriş verdi

GÜNDƏM 10.06.2023 2114

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

"Saat24.az" xəbər verir ki, bu barədə MN-in Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə keçirilən komanda-qərargah təlimi ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top