Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

HADİSƏ 08.06.2023 1705

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən "Saat24.az"a verilən məlumata görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top