Qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ

CƏMİYYƏT 20.05.2023 1630

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün nəşr edilən qabiliyyət imtahanlarının Təsviri sənət, Memarlıq, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap edilib.

Bu barədə "Saat24.az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, "Abituriyent" jurnalının xüsusi buraxılışlarında ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Xüsusi buraxılışda həmçinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında da məlumat verilib.

Yaxın günlərdə “Bədən tərbiyyəsi və idman” istiqaməti üzrə abituriyentlərin qeydiyyatı elan ediləcək və müvafiq olaraq həmin istiqamət üzrə də xüsusi buraxılış ictimaiyyətə təqdim ediləcək.

Xüsusi buraxılışları “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

XƏBƏR LENTİ
18.05.2024 3310

DİGƏR XƏBƏRLƏR

Loading
Top