Bağçalara sənəd qəbulu dayandırılır

CƏMİYYƏT 19.05.2023 1499

Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq.

Elm və Təhsil Nazirliyindən "Saat24.az"a verilən xəbərə görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top