Mehdiabadda yaşayış binasında YANĞIN

HADİSƏ 13.05.2023 2288

Abşeronda yaşayış binasında yanğın olub.

"Saat24.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Mehdiabad qəsəbəsində yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m² sahədə, eyvanın plastikdən ibarət qapısı, pəncərəsi və eyvanda olan şkaf 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top