İTV Yayım Şurasına yeni üzvlər seçildi

CƏMİYYƏT 02.05.2023 1927

Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

"Saat24.az" xəbər verir ki, iclasda İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib. 

Bunlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top