Zərdab rayon sakinləri təşəkkür etdi -Foto

CƏMİYYƏT 22.04.2023 1689

Hər bir kəs miqyasından asılı olmayaraq, gördüyü işə məsuliyyətlə, vicdanla yanaşmaqla həm cəmiyyətə fayda verir, həm də ölkəsinin inkişafında az da olsa pay sahibi olur. Elə peşələr də vardır ki, onlar birbaşa olaraq, sahibinin üzərinə xalqa, dövlətə xidmət məsuliyyətini qoyur. Xüsusən də məmur peşəsi bu missiyanı üzərinə götürən insanda vətənpərvərlik, peşəkarlıq, təvazökarlıq, məsuliyyət və digər bu kimi keyfiyyətlərin olmasını tələb edir. Bildiyimiz kimi, dövlət məmurlarının vəzifə borclarını layiqincə yerinə yetirməsi prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.


Hər zaman işinə məsuliyyətlə yanaşan və ölkə prezidenti cənab İlham Əliyevin etimadını doğruldan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri Saleh Məmmədovdur. Saleh müəlliminin tapşırığının nəticəsidir ki, yerlərdə heç bir vətəndaş idarə rəislərindən narazılıq etmir. Bu gün Zərdab rayon 39 nömrəli yol istismar idarəsinin rəisi Güloğlan Əliyev müəllim həmin idarə rəisləri sırasında birincidir. Güloğlan müəllim şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə rayon camaatının arasında böyük nüfuza malikdir. Bax belə idarə rəisləridir ki, ölkə prezidenti cənab İlham Əliyevin üzünü hər zaman ağ edir.

(Foto Zərdab rayon icra hakimiyyətinin rəsmi səhifəsindən götürülüb)
Təbii ki, Güloğlan müəllim kimi məmurlar ona etimad göstərib vəzifəyə təyin edən Saleh müəllimin tapşırıq və tövsiyələrinə əməl edir. Bu kimi məmurlara biz rayon sakinləri adından təşəkkür edirik.
Allah ölkə prezidenti cənab İlham Əliyevə can sağlığı versin.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top