Ermənistanın təxribatı ilə bağlı cinayət işi başlanıldı

HADİSƏ 12.04.2023 2201

Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Bu barədə "Saat24.az"a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

"Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!", - məlumatda qeyd edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top