Doktoranturaya elektron sənəd qəbulu başlayır

CƏMİYYƏT 12.04.2023 1734

12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək. Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.

Elm və Təhsil Nazirliyindən "Saat24.az"a verilən xəbərə görə, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak edə biləcəklər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top