Gimnastımız Avropa çempionatının finalına YÜKSƏLDİ

CƏMİYYƏT 12.04.2023 1702

Azərbaycanın idman gimnastı Nikita Simonov Türkiyənin Antalya şəhərində start götürən Avropa çempionatında finala vəsiqə qazanıb.

"Saat24.az" xəbər verir ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərdə hakimlərdən 14.666 xal alıb.

Bu nəticə ilə təsnifat yarışlarını 6-cı pillədə tamamlayan Simonov həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, qitə çempionatına aprelin 16-da yekun vurulacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top