Cavid Qurbanov “Təzə Bazar”da həmkəndlisini bıçaqladı

Sadə xəbər
HADİSƏ 05.04.2023 1142

Masallı rayon sakini həmkəndlisini bıçaqlayıb.

Saat24.az-ın məlumatına görə, hadisə aprelin 3-də şəhər ərazisində baş verib.

Belə ki, Qurbanov Cavid Möhübbət oğlu ilə həmkəndlisi Nəcəfov Zaur Səxavət oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Daha sonra mübahisə davaya çevrilib və C.Qurbanov Z.Nəcəfovu bıçaqlayıb. C.Qurbanov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top