Rusiya yeni nüvə silahı anbarı tikir

DÜNYA 27.03.2023 2958

Kreml 2024-cü ilin əvvəlində Sakit Okeanda nüvə sualtı qayıqları və "Poseidon" nüvə torpedalarının yerləşdirilməsi üçün sahil infrastrukturunun tikintisini başa çatdırmağı planlaşdırır.

"Saat24.azxəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Yanvar ayında Rusiya Federasiyası torpedanın və nüvə sualtı qayığından buraxıla bilən pilotsuz təyyarənin hibridindən olan ilk "Poseidon" torpeda dəstini hazırladığını elan edib. Torpedalar "Bilqorod" və "Xabarovsk" nüvə sualtı qayıqlarına yerləşdirilmək üçün hazırlanır.

Rusiya Sakit Okean Donanmasının ballistik raketləri olan nüvə sualtı qayıqlarının əsas bazası Rusiyanın Uzaq Şərqində, Kamçatka yarımadasının cənub-şərq sahillərində yerləşir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top