Bahar Muradova-Nə yaxşı ki, Sizi tanımışam dəyərli dost,gözəl insan,Oqtay Əliyev !

CƏMİYYƏT 23.03.2023 1921

Saat24.Az xəbər verir ki,bu sözləri Azərbaycan respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova 
müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


Sonuncu dəfə yanvar ayının əvvəlində telefonla danışmışdıq. "Vaxtınız olanda mənə xəbər edin, sizə deməli sözlərim, maraqlı təkliflərim var, həmçinin 
bu VİRUS imkan vermədi ki, yeni iş yerinizdə sizinlə olan əməkdaşlığımızı davam etdirək"demişdi.
Biləndə ki, ikinci dəfə COVİD-ə yoluxmuşam və işə çıxmıram, "Siz allah onu tez yola salın, ömür-gün də sürətlə keçir, yaxşı işlər görmək lazımdır, yoxsa bu virusun nazı ilə çox oynadıq", deyə zarafat etmişdi.

Təəssüf ki,elə onun da işlərinin çoxluğundan biz bu görüşü bir neçə dəfə təxirə salmalı olduq...və bu dəhşətli hadisə baş verdi
Biz bu gün öz işinin peşəkarını, tanınmış mədəniyyət xadimini,daim içində torpaq və yurd həsrəti gəzdirən əsil vətənpərvəri, milli mənəvi dəyərləri üstün tutan bir azərbaycanlını, qadınları hər zaman inkişafa çağıran, xüsusilə ailə üzvlərini  uğura yönəldən müasir bir insanı itirdik.

Qeyd edim ki,"Qərbi Azərbaycana qayıdış" konsepsiyasının icrası ilə də bağlı  çoxlu təşəbbüsləri var idi. Mədəniyyət və incəsənət xadimlərinin də üzərinə çox işlər düşdüyü qənaətində idi.
Heyhat, qismət olmadı...
Dəyərli Dilarə xanıma  dərdinə şərik odiğumu bildirir,həmcinin Mehriban xanıma şəfa arzulayıram

Nə yaxşı ki, Sizi tanımışam dəyərli dost,gözəl insan,Oqtay Əliyev !
XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top