"Avropa Parlamentinin Ermənistanla bağlı hesabatı əsassızdır" - Türkiyə XİN

SİYASƏT 18.03.2023 1946

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib.

"Saat24.az" xəbər verir ki,  XİN bununla bağlı bəyanat yayıb.

“Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlər reallığı əks etdirmir”, - deyə nazirlik vurğulayıb.

Qeyd olunub ki, Türkiyə Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaq yerinə siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top