"Ford" 1,2 milyondan çox avtomobilini geri çağırdı

CƏMİYYƏT 17.03.2023 1963

"Ford Motors" əyləc sistemində yaranan problemə görə ABŞ-da 1,2 milyondan çox avtomobilini geri çağırıb. 

"Saat4.az" xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, xəta təmənnasız olaraq aradan qaldırılacaq. 

ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsi 2013-2018-ci illər arasında ABŞ-da istehsal edilmiş 1,2 milyon "Ford Fusion" və "Lincoln MTZ" model avtomobilin hidravlik maye sızması riski səbəbilə geri göndərildiyini açıqlayıb. 

Məlumata görə, problem aradan qaldırılmasa, idarəetmə zamanı qəza baş verə bilər. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top