Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21 avtomobil keçib

Sadə xəbər
CƏMİYYƏT 04.03.2023 1312

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Saat24.az-ın aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik, 16 yük avtomobili Xankəndindən Laçına maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 21-ə çatıb.

XƏBƏR LENTİ
12.05.2025 2245

DİGƏR XƏBƏRLƏR

Loading
Top