Rusiyada naməlum təyyarə qəzası

HADİSƏ 28.02.2023 2169

Rusiyanın Adıgey çərkəz vilayətində təyyarə qəzası baş verib. 

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qiaqinski rayonunun Novı kəndində qeydə alınıb. 

Təyyarənin gecə saatlarında qəzaya uğramasına baxmayaraq, bununla bağlı ətraflı məlumat hələ də verilməyib. 

Rusiya KİV-ləri bunu "naməlum təyyarə qəzası" kimi dərc edir. Ölən və yaralananlar barəsində məlumat yoxdur. 

Vilayət rəhbəri Murat Kumpilovun sözlərinə görə, hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Qəza nəticəsində bir fermaya ziyan dəyib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top