Meksika Senatının və Deputatlar Palatasının üzvləri 25 fevral tarixində Azərbaycana rəsmi səfərə gəliblər-FOTO

SİYASƏT 28.02.2023 2594

 

Azərbaycan-Meksika Parlamentlərarası İşçi qrupunun rəhbəri Jalə Əliyevanın dəvətiylə Meksika Senatının və Deputatlar Palatasının üzvləri 25 fevral tarixində Azərbaycana rəsmi səfərə gəliblər. Nümayəndə heyətini Bakı aeroportunda millət vəkili Jalə Əliyeva, Azərbaycanın Meksikadakı Səfiri Məmməd Talıbov, Meksikanın Azərbaycandakı Səfiri Maria Viktoria Romero Caballero
və Azərbaycan Parlamentinin əməkdaşları qarşılayıblar. Dostluq qrupunun Meksikalı rəhbəri Alberto Viyya Viyyeqasın başçılıq etdiyi, deputatlar Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez və senator Navor Alberto Rohas Manseranın daxil olduğu nümayəndə heyəti 26 fevral günü Xocalı abidəsini ziyarət edib, o dəhşətli gecədə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül çiçək dəstələri düzüblər. Qonaqlar Azərbaycan televiziyalarına müsahibə verərək, Xocalı hadisələrini şiddətlə qınayıblar. Sonra qonaqlar Qənimətlər Parkı ilə tanış olublar. 44 günlük Vətən müharibəmiz, şanlı Qələbəmiz və əldə edilən uğurlar haqqında işçi qrupunun rəhbəri Jalə Əliyeva və səfir Məmməd Talıbov tərəfindən meksikalı deputatlara müfəssəl məlumatlar verilib. Səfər proqramı çərçivəsində Şuşa şəhəriniə səfər edən meksikalı qonaqlar, burada erməni vandalizminin izlərinin canlı şahidi olublar. Şuşanın ermənilər tərəfindən yerlə yeksan edilmiş tarixi abidələri ilə tanış olan nümayəndə heyətinin üzvləri gördükləri mənzərəyə təəssüflərini bildirməklə yanaşı, burada Azərbaycan dövlətinin sürətlə həyata keçirtdiyi quruculuq işlərindən məmnunluq duyduqlarını ifafə ediblər.
#MilliMəclis
#AzərbaycanMeksikaParlamentlərarasıİşçiQrupu
#AzərbaycanXİN
#MeksikaSəfirliyi
#MəmmədTalıbov
#Səfir
#Deputat





 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top