Rüstəmov Fərid Nofəl oğlunun ev muzeyinin açılışı olub -FOTO

Sadə xəbər
CƏMİYYƏT 19.02.2023 1885


 12-13 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısını alarkən şəhadətə yüksəlmiş şəhidimiz Rüstəmov Fərid Nofəl oğlunun 19 fevral 2023-cü il tarixdə ev muzeyinin açılışı oldu.

Saat24.Az xəbər verir ki,Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab rayon İcra Hakimiyyətinin şöbə müdiri Zinhar Bayramov, Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Gənclər evinin direktoru Jalə Kərimli, SHXÇDX-nin Zərdab rayon bölməsinin əməkdaşı, kapitan Fariz Mustafayev, Şəhidin döyüş yoldaşları, müəllimlər, kənd sakinləri iştirak edərək qəhrəman vətən övladının keçdiyi döyüş yolundan bəhs etdilər, ev muzeyində nümayiş olunan eksponatlar barədə məlumatları diqqətə çatdırıldı, iştirakçılar tərəfindən xatirə dəftərinə şəhidimiz barədə fikirlər qeyd olundu.

Tədbir zamanı ökəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının ruhuna dualar oxunuldu. Şəhidin valideyinləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !
XƏBƏR LENTİ
12.05.2025 2234

DİGƏR XƏBƏRLƏR

Loading
Top