Bakıda usta təmir etdiyi avtomobili oğurladı

HADİSƏ 16.02.2023 1251

Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb.

Bu barədə Saat24.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
25.03.2023 1667

DİGƏR XƏBƏRLƏR

Loading
Top