Göytəpə şəhərində ağıllı işıqlandırma sisteminin qurulması yekunlaşır-Foto

CƏMİYYƏT 07.02.2023 1864
Göytəpə şəhərlərində ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaət edən və enerji səmərəliliyini artıran, küçə və prospektlərin fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin quraşdırılması yekunlaşır. Artıq Göytəpə şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun, Vətən Müharibəsi şəhidləri Şəhriyar Əsgərovun, Vüsal Cəfərovun, Elmir Həsənovun adını daşıyan küçələrdə, həmçinin şəhərin Oktay Eynullayev və Şeyx Şamil küçələrində ağıllı işıqlandırma sisteminin quraşdırılması işləri tamamlanaraq sakinlərin istifadəsinə verilmişdir. Şəhərin Qurtuluş küçəsində isə işıqlandırma sisteminin qurulması tamamlanmaq üzrədir və yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəkdir. 
Göytəpə şəhər sakinləri görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top