Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin:-Jalə Əliyeva

SİYASƏT 01.02.2023 1541

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Jalə Əliyeva müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


İrandakı Səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır. Bir ölkənin Səfirliyi, həmin ölkənin ərazisi hesab edilir. Və bu hadisə də təkcə Səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir. Bununla da beynəlxalq hüququn bütün normaları pozulub. Təkcə hadisəni törədən deyil, rəsmi İran cavabdehlik daşıyır. Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin: HEÇ BİR TƏHDİD, HEÇ BİR TƏZYİQ AZƏRBAYCANI ÖZ DOĞRU YOLUNDAN VƏ ƏDALƏTLİ MÜBARİZƏSİNDƏN GERİ ÇEVİRƏ BİLMƏYƏCƏK! Allah şəhidimizə rəhmət etsin! Başın sağ olsun, Vətən!
XƏBƏR LENTİ
17.04.2024 3180

DİGƏR XƏBƏRLƏR

Loading
Top