Nişanlısını döyərək bıçaqlayan şəxs saxlanıldı

HADİSƏ 06.01.2023 1501

Astara rayonunda nişanlısını bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə baş verdikdən dərhal sonra faktı törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb, faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. 

Zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Astaranın Şiyəkəran kəndində 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib.

S.Qənbərova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

XƏBƏR LENTİ
23.03.2023 1905
23.03.2023 1997
21.03.2023 1229

DİGƏR XƏBƏRLƏR

Loading
Top