İmişlidə kişi ov zamanı özünü güllələdi

Sadə xəbər
HADİSƏ 06.01.2023 1518

İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.

“Report”un məlumatına görə, 1981-ci il təvəllüdlü Əsədov Babək Bəhram oğlu ov edərkən tüfəngindən açılan atəş onun ayağını yaralayıb.

Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

XƏBƏR LENTİ
12.05.2025 2232

DİGƏR XƏBƏRLƏR

Loading
Top