Bakıda minik və yük avtomobilləri toqquşdu: Ölən və yaralananlar var

HADİSƏ 30.12.2022 1789

Bakı-Qazax şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az  xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi VAZ-21014 markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

XƏBƏR LENTİ
25.03.2023 1666

DİGƏR XƏBƏRLƏR

Loading
Top