Sankt-Peterburqda MDB dövlət başçılarının barmağına xüsusi hazırlanmış üzük taxılıb - FOTO

CƏMİYYƏT 27.12.2022 1638

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının iclasında onların hər birinə Yeni il hədiyyəsi olaraq xüsusi hazırlanmış üzük təqdim edilib.

Bu üzüklərdən biri Belarus Prezidenti Aleksandr Lukaşenkonun barmağında görünüb.

Fotonu isə Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo” “Telegram” kanalı yayıb.

Daha sonra həmin kanal MDB liderlərinin qeyri-rəsmi görüşü üçün xüsusi olaraq doqquz üzüyün hazırlandığını bildirib. Hər bir üzüyə Yeni illə əlaqədar təbrik həkk olunub.

Hədiyyə MDB sammitdə iştirak edən bütün liderlərə təqdim edilib.

 

Mənbə: “Pul Pervoqo” “Telegram” kanalı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top