Abşeronda mikroavtobus minik avtomobili ilə toqquşub - FOTO

HADİSƏ 27.12.2022 1142

Abşeron rayonunda Məhəmmədi-Zabrat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az xəbər verir ki, “Mercedes-Benz” markalı minik avtomobili ilə “Mercedes-Benz Sprinter” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top