
Baş Dövlət Yol Polis İdarəsindən Bakıda sürücünün avtomobilini piyadaların üzərinə sürməsi hadisəsinə münasibət bildirilib.
Qurumdan Saat24.Az-a verilən məlumata görə, avtomobil sürücüsü İnzibati Xətalar Məcəlləsinin 330.0.1 qaydasını pozduğuna görə cərimələnib.
Nizamlanmayan piyada keçidinə daxil olmuş “Mercedes-Benz E-class” 99-MN-901 nömrəli avtomobilin sürücüsü Elgün Abdullayev Rizvan oğlu qaydanı pozduğuna görə 50 manat cərimə olunub.
14:58
Bakıda sürücü avtomobilini piyadaların üzərinə sürüb.
Saat24.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, “Mercedes-Benz E-class” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini piyada keçidindən keçən insanların üzərinə sürüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Həmin görüntüləri təqdim edirik: