İdman dərsində dalaşdığı məktəblini bıçaqladı

HADİSƏ 23.12.2022 1704

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Qüdrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə bu il aprelin 5-də Siyəzən şəhəri 1 saylı tam orta məktəbin həyətində yerləşən idman meydançasında qeydə alınıb.

Belə ki, stadionda keçirilən fiziki tərbiyə dərsində siniflər arasında baş tutan futbol oyunundan sonra 2006-cı il təvəllüdlü Namiq Qüdrətov ilə 10c sinif şagirdi, zərərçəkmiş Vaqif Qasımov (şərti) arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar əlbəyaxa olublar. Daha sonra o, məktəbin qarşısında olan şam ağaclarının yanında yenidən zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq, ona başın alın nahiyəsinin və döş qəfəsinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin olunmayan xəsarətlər yetirib. Eləcə də, Namiqin özü dərəcəsi təyin olunmayan sağ üst göz qapağının qançırı və sol qulaq seyvanının sıyrığı kimi xəsarətlər alıb.

Hadisədən sonra o, qisas almaq niyyəti ilə yaşadığı evə gedərək ot tayasında gizlətdiyi qatlanan cib bıçağını əynində olan şalvarının cibinə qoyaraq məktəbə qayıdıb. Mübahisənin davamı olaraq həmin gün saat 11 radələrində yenidən məktəbin stadionunda bir-birilərinin ünvanına nalayiq ifadələr işlədərək əlbəyaxa olublar. Bu zaman Namiq yerə yıxılıb, sonra o, cibindəki bıçaqla Vaqifin kürək nahiyəsinə bir dəfə zərbə endirib.

Polis əməkdaşları tərəfindən saxlanılan Namiq Qüdrətovun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top