FHN: Ötən sutka ərzində 21 yanğına çıxış olub

GÜNDƏM 20.12.2022 1186

Ötən sutka ərzində 21 yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dörd nəfər, o cümlədən Masallı rayonunun Ərkivan qəsəbəsində “Toyota” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top