
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Saat24.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yoldan çıxaraq bardürə çırpılıb.
Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.