İtkin düşən qızın çayda meyiti tapıldı - YENİLƏNİB

Sadə xəbər
HADİSƏ 20.12.2022 1224

Şirvanda Kür çayında meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.

Saat24.Az-ın məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyən edilib.

Həmin şəxsin Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Füzuli rayon sakini, 2005-ci il təvəllüdlü Mehdizadə Aysun Nuhun qızı olduğu müəyyən edilib. Onun bir gün əvvəl itkin düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

21:00

Şirvanda Kür çayından qadın meyiti tapılıb.

Saat24.Az-ın məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib.

Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.

Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
12.05.2025 2234

DİGƏR XƏBƏRLƏR

Loading
Top