
Abşeron rayonunda 60 yaşlı kişi yol-nəqiyyat hadisəsi zamanı xəsarət alıb.
Saat24.Az-ın məlumatına görə, 1962- ci il təvəllüdlü Mehdizadə Bəxtiyar Əhmədağa oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .