Bakıda manevr qaydalarını pozan sürücü qəza törətdi - FOTO

HADİSƏ 25.11.2022 1225

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var.

Saat24.Az  xəbər verir ki, qəza Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil geriyə dönmək istəyib.

Bu zaman eyni istiqamətdə olan “Hyundai” markalı maşın həmin avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top