İmişli rayon sakininin evindən yeddi kiloqrama yaxın narkotik aşkarlandı - FOTO

HADİSƏ 24.11.2022 1208

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, 53 yaşlı Eldəniz Nəsirov yaşadığı evin yaxınlığında saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumatda deyilir.

Qeyd olunur ki, əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun yaşadığı ünvana keçirilən baxış zamanı oradan altı kiloqrama yaxın marixuana və 910 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

E.Nəsirov bundan əvvəl də müxtəlif cinayətlərə görə yeddi dəfə məhkum olunub.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top