Sabirabad sakinini avtomobil vurub

HADİSƏ 24.11.2022 1202

Sabirabad rayonunda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az xəbər verir ki, avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top