Bakıda tək yaşayan ahıl qadın binanın həyətinə düşmək istədi, vəfat etdi - FOTO

HADİSƏ 24.11.2022 1088

Bakının Nərimanov rayonunda ölüm hadisəsi baş verib.

Saat24.Az-ın məlumatına görə, hadisə Həsənoğlu 62 ünvanında qeydə alınıb.

1956-cı il təvvəllüdlü Mirzəyeva Mülayim Əvəz qızı yaşadığı binanın həyətinə düşərkən səhhətində yaranan problemdən müvazinətini itirərək yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qadın mənzildə tək yaşayıb.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top